Basqın zamanı yaralanan daha bir azərbaycanlı ölüb

Bölmə: Dünya › ,
Tarix: 11:31 28.06.2025

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlıların evlərinə basqın zamanı yaralanan daha bir həmyerlimiz ölüb.

 

"İnformator.az" Teleqraf-a istinadla xəbər verir ki, qətlə yetirilən Kamal Qədiməli oğlu Səfərovdur.

 

Kamal Səfərov basqın zamanı öldürülən Ziyəddin və Hüseyn Səfərov qardaşlarının əmisi oğludur.

 

Kamal Səfərov dünən Federal Təhlükəsizlik Xidməti tərəfindən tutulub aparılıb. Onun işgəncə ilə döyülüb öldürüldüyü bildirilir.

 

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Yekaterenburq şəhərində Federal Təhlükəsizlik Xidməti azərbaycanlıların evinə basqın edib, Ziyəddin və Hüseyn Səfərov qardaşlarını döyərək öldürüb.

 

Onlar tanınmış jurnalist və ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşlarıdır.

 

Basqın zamanı bəzi soydaşlarımız ağır bədən xəsarətləri alıb, habelə 9 nəfər saxlanılıb.