Asiya fabrikləri zəif bərpa fonunda ABŞ tarif təzyiqi ilə üzləşir

Bölmə: Dünya › ,
Tarix: 10:49 01.07.2025

İyunda Asiyada bəzi ölkələrdə fabrik fəaliyyəti zəif qalsa da, Yaponiyada artım müşahidə olunub, Çində isə yeni sifarişlər səbəbindən göstəricilər yüksəlib.

 

Lakin ABŞ ilə ticarət danışıqlarının dayanması, qlobal tələbatın zəifləməsi və Çindəki iqtisadi durğunluq fabriklərə mənfi təsir edir. Ekspertlər bildirir ki, xarici mühit hələ də qeyri-sabitdir və daxildə effektiv tələb zəif qalır.

 

Cənubi Koreyada prezident seçkilərindən sonra vəziyyət nisbətən sabitləşsə də, fabrik fəaliyyəti beşinci ay ardıcıl olaraq zəif qalıb. Ticarət naziri bildirib ki, ABŞ-nin tarif siyasəti və qlobal bərpa qeyri-müəyyənliyi ilin ikinci yarısında da davam edəcək. ABŞ ilə razılaşma üçün iyulun 9-na qədər təzyiqlər artır.

 

Çin və Hindistan istisna olmaqla, Malayziya, Tayvan, İndoneziya və Vyetnamda PMI göstəriciləri aşağı düşüb. İqtisadçılar düşünür ki, zəif istehsalat fonunda region mərkəzi bankları artımı dəstəkləmək üçün pul siyasətini daha da yumşaldacaq.


Reuters

Qəmər Kazımzadə