Tehrandakı Azadi hava limanına endirilən zərbələrin görüntüləri paylaşılıb

Bölmə: Dünya › ,
Tarix: 15:55 01.07.2025

İyunun 16-da Tehranın Azadi aeroportuna endirilən zərbələrin nəticələrini əks etdirən görüntülər yayımlanıb.

"İnformator.az" xəbər verir ki, Azad İran" "Telegram" kanalı bu barədə İran KİV-ə istinadən məlumat yayıb.

Qeyd olunub ki, təlim və hava turizmi məqsədilə istifadə olunan bu aeroportda ciddi dağıntılar qeydə alınıb.

Zərbələr nəticəsində yüngülmühərrikli təyyarələrin saxlandığı anbarlar, təlim avadanlıqları, enmə-qalxma zolaqları və inzibati binalar zərər görüb.

Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.