Azərbaycan millisi EEVZA çempionatında pley-offa yüksəlib

Bölmə: İdman › ,
Tarix: 16:04 01.07.2025

Çimərlik voleybolu üzrə 18 yaşadək oğlanlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında pley-offa yüksəlib.

 

Bu barədə "İnformator.az"a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

 

Komanda Latviyanın Cesis şəhərindəki yarışda pley-offa vəsiqə qazanıb. İbrahim Məmmədov və Muhəmməd Aslanlıdan ibarət kollektiv qrup mərhələsində Latviya və Estoniya yığmalarını 2:0 hesabı ilə məğlub edib.


Təmsilçilərimiz pley-offda Litva komandası ilə qarşılaşacaq. Qızlardan ibarət U-18 yığması qrup mərhələsində mübarizəni dayandırıb.


Yarışda Latviya, Litva, Estoniya, Polşa, Ermənistan, Gürcüstan və Ukrayna milliləri mübarizə aparır. Qeyd edək ki, yarışa iyulun 3-də yekun vurulacaq. İlk üç pilləni tutan komandalar Avropa çempionatına vəsiqə qazanacaqlar.