Bakıda güclü külək əsəcək -Sarı Xəbərdarlıq

Tarix: 17:35 01.07.2025
Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə iyulun 2-4-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Bu barədə "İnformator.az"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.