Bu gün Beynəlxalq İdman Jurnalistləri Günüdür

Tarix: 08:23 02.07.2025
Bu gün dünyada Beynəlxalq İdman Jurnalistləri Günü kimi qeyd olunur.
"İnformator.az" "Teleqraf"a istinadən məlumatına görə, Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) məhz bu tarixdə yaradılıb.
2 iyul - əlamətdar gün kimi 1995-ci ildən qeyd olunmaqdadır.
1924-cü ildə Fransanın paytaxtı Parisdə yaradılan təşkilatın 101 yaşı tamam olur. Assosisasiyaya 130-dən çox ölkənin 160 milli idman jurnalistləri təşkilatı üzv olub.
Hazırda dünyada 30 mindən çox idman jurnalisti fəaliyyət göstərir. Azərbaycanda isə idmanla bağlı 2 qəzet, 50-dən çox idman portalı, İdman TV və CBC Sport telekanalları fəaliyyətdədir.