ABŞ-da daşqın: 24 nəfər öldü

Bölmə: Dünya › ,
Tarix: 09:29 05.07.2025

ABŞ-nin Texas ştatında güclü yağışlar və Qvadelupa çayının daşması nəticəsində baş verən daşqınlar zamanı azı 24 nəfər həlak olub.

 

"İnformator.az"  xəbər verir ki, bu barədə ABC mənbələrə istinadən məlumat yayıb.

 

Bildirilib ki, ölənlər arasında uşaqlar da var. Bundan əlavə, qızlar üçün yay düşərgəsindən azı 20 nəfər itkin düşüb. Bir neçə əyalətdə fövqəladə vəziyyət elan edilib.