Rusiya MN: PUA istehsalı sexləri "Geran-2" ilə vurulub

Bölmə: Dünya › ,
Tarix: 13:41 05.07.2025

Rusiya Silahlı Qüvvələri Sum vilayətinin Konotop rayonu ərazisində Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları (PUA) və onların komplekt hissələrinin istehsal olunduğu sexlərə zərbələr endirib.

"İnformator.az" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, zərbələr "Geran-2" tipli kamikadze dronları ilə həyata keçirilib. Hədəfin dəqiq məhv edildiyi bildirilir:

"Konotop yaşayış məntəqəsi yaxınlığında yerləşən Ukrayna Silahlı Qüvvələrinə məxsus PUA və ehtiyat hissələrinin istehsalı sexləri 'Geran-2' pilotsuz uçuş aparatları ilə vurulub. Bununla bağlı görüntülər də yayımlanıb".

 

Hadisə ilə bağlı Ukrayna tərəfi hələlik rəsmi açıqlama verməyib.