Bərdədə polis tərəfindən 5 kq marixuana aşkarlanıb

Bölmə: Sosial › ,
Tarix: 15:31 05.07.2025

Bərdədə polis tərəfindən daha 5 kiloqram narkotik vasitə aşkarlanıb.


"İnformator.az" xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Orxan Qarayev saxlanılıb.

 

Axtarış zamanı ondan 5 kiloqram marixuana aşkarlanıb. Həmin şəxsin narkotik vasitəni satış məqsədi ilə İran sakinindən əldə etdiyi müəyyən olunub.


Faktla bağlı cinayət işi başlanılıb, O.Qarayev barəsində həbs qətimkan tədbiri seçilib.

 

Araşdırmalar davam etdirilir.