Putin Ukraynanın öldürdüyü generalı təltif edib

Tarix: 11:19 06.07.2025
Rusiya Prezidenti Vladimir Putin bir neçə gün öncə öldürülən general-mayor Mixail Qudkovu “Qızıl Ulduz” medalı ilə təltif edib.
"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bununla bağlı Vladimir Putin fərman imzalayıb.
“Xüsusi hərbi əməliyyat zamanı göstərdiyi şücaət və qəhrəmanlığa görə Rusiya Federasiyasının Qəhrəmanı general-mayor Mixail Qudkov ikinci xüsusi fərqlənmə - “Qızıl Ulduz” medalı ilə təltif edilsin (ölümündən sonra)”, - fərmanda qeyd olunub.
Bununla yanaşı, onun komandiri olduğu Sakit okean Donanmasının 155-ci Əlahiddə Qvardiya Dəniz Briqadasına da Mixail Qudkovun adı verilib.
Qeyd edək ki, Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanının müavini, Sakit okean Donanmasının 155-ci Əlahiddə Qvardiya Dəniz Briqadasının keçmiş komandiri, qvardiya generalı Mixail Qudkov Kursk vilayətində öldürülüb.