Məşhur basketbolçu klubunu dəyişib

Bölmə: İdman › ,
Tarix: 11:44 07.07.2025

ABŞ millisinin basketbolçusu Kevin Durant klubunu dəyişib.

 

"İnformator.az" "Report"a istinadən xəbər verir ki, 36 yaşlı oyunçu "Finiks"dən "Hyuston"a keçib.

 

Bu barədə Texas təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Qeyd edək ki, dörd dəfə ABŞ yığması ilə Yay Olimpiya Oyunlarında qızıl medal qazanan K.Durant iki dəfə Milli Basketbol Assosiasiyasının (NBA) qalibi olub.