Dünya futbolu “Əl Əhli” Messi üçün hərəkətə keçib

Bölmə: İdman › ,
Tarix: 15:17 07.07.2025

“Əl Əhli” “İnter Mayami” ilə müqaviləsi bitdikdən sonra Lionel Messini transfer etmək istəyir.


"İnformator.az" "İdmanxeber.az"a istinadən xəbər verir ki, argentinalı hücumçunun Amerika klubu ilə hazırkı müqaviləsi 31 dekabr 2025-ci ilə qədərdir. Hazırda ərəblər Messini razı salmağa çalışır.  “Əl-Əhli” ulduz oyunçunu transfer etmək üçün hər şeyi edəcək.


Messi Amerika klubuna keçməzdən əvvəl “Barselona” və PSJ-də çıxış edib.