Dünya futbolu “Çelsi” “Arsenal”dan 50 milyon istəyir

Bölmə: İdman › ,
Tarix: 15:19 07.07.2025

Çelsi”nin hücumçusu Noni Madueke karyerasını “Arsenal”da davam etdirə bilər.


"İnformator.az" "İdmanxeber.az"a istinadən xəbər verir ki, “Çelsi” 23 yaşlı ingilis futbolçunun transferi üçün 58 milyon avro almaq istəyir. Futbolçunun özü “topçular”la müqavilənin şəxsi şərtlərini razılaşdırıb.


2024/25 mövsümündə Madueke bütün yarışlarda 42 matçda 11 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir.