Bu çox mənasızdır

Tarix: 19:14 07.07.2025
ABŞ Prezidenti Donald Tramp, İlon Maskın “Amerika Partiyası” təşəbbüsü ilə bağlı verdiyi açıqlamada “Üçüncü bir partiyanın yaradılması qarışıqlığı daha da artırır. O, bu mövzu ilə əylənə bilər, amma məncə bu, çox mənasızdır”, – ifadələrini işlədib.
İlon Maskın bu addımına ABŞ Prezidenti Donald Trampdan ilk reaksiya gəlib. Tramp açıqlamasında “Üçüncü bir partiya qurmağın mənasız olduğunu düşünürəm. Respublikaçılar Partiyası ilə böyük uğur əldə etmişik. Üçüncü partiya yaratmaq qarışıqlığı daha da artırır. (Mask) bu mövzu ilə əylənə bilər, amma məncə bu, çox mənasızdır”, – deyə bildirib.
ABŞ ictimaiyyətində müzakirələrə səbəb olan vergi endirimi islahatı səbəbindən Prezident Donald Tramp ilə münasibətləri gərginləşən İlon Mask ilk dəfə iyun ayının əvvəlində “Amerika Partiyası” adlı yeni bir siyasi partiya yaratmaq ideyasını ictimaiyyətlə bölüşüb.
Yeni partiya ideyası ilə bağlı X platformasında sorğu keçirən Mask, sorğunun nəticələrinə istinad edərək, “İnsanlar danışdı. ABŞ-də ortada olan 80%-i təmsil edəcək yeni bir siyasi partiyaya ehtiyac var. İnsanların düz 80%-i bu fikirdədir. Bu bir taledir”, – deyə bildirib.
Tramp isə Ağ Evdəki vəzifəsindən ayrılan və Konqresdə dünən qəbul edilən vergi azaldılması qanun layihəsinə sərt tənqidlər yönəldən Maskın açıqlamalarından böyük məyusluq duyduğunu bildirib.
Haberler.com
Aygün Babayeva