Donald Tramp Binyamin Netanyahunu Ağ Evdə qarşılayıb

Tarix: 20:06 07.07.2025
21 aylıq müharibədən sonra İsrailin baş naziri Binyamin Netanyahunun Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşündən sonra Qəzzada yeni atəşkəs elanına ümidlər artır.
Tramp daha əvvəl jurnalistlərə deyib ki, o, Netanyahu ilə münaqişənin sona çatması ilə bağlı “çox qətiyyətli” olub və bu həftə “bir razılaşma əldə edəcəyik” deyə düşünür.
İsrailin veteran baş naziri təyyarəsinə minməzdən əvvəl deyib: "Biz razılaşdığımız şərtlərlə müzakirə olunan razılaşmaya nail olmaq üçün çalışırıq". “İnanıram ki, prezident Trampla söhbət hamımızın ümid etdiyimiz bu nəticənin irəliləməsinə mütləq kömək edə bilər”.
BBC
Nəzrin Məmmədova