Putin "ölən naziri" işdən çıxarıbmış - "Forbes"

Bölmə: Dünya › ,
Tarix: 20:35 07.07.2025

Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə 7 iyulda nəqliyyat naziri vəzifəsindən azad edilən Roman Starovoytın əslində bundan bir sutkadan çox əvvəl, ehtimal ki, 5 iyuldan 6 iyula keçən gecə ölüb.


"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə “Forbes” nəşri istintaq orqanlarına yaxın mənbəyə istinadən məlumat yayıb.

 

Daha öncə də Dövlət Dumasının Müdafiə komitəsinin rəhbəri Andrey Kartapolov da RTVI-yə Starovoytın ölümünü təsdiqləyərək bildirib ki, bu hadisə "yetərincə əvvəl" baş verib.