"Şamaxı"da isveçrəli hücumçu

Tarix: 20:55 07.07.2025
“Şamaxı” heyətini yeni futbolçu ilə gücləndirib.
"İnformator.az" klubun rəsmi saytına istinadən xəbər verir ki, isveçrəli Karim Rossi ilə 1 illik müqavilə bağlanılıb.
31 yaşlı hücumçu son olaraq İsveçrənin “Şaffhauzen” klubunda çıxış edib.