Hakan Fidan Lavrovla Braziliyada görüşüb

Tarix: 21:10 07.07.2025
Türkiyə xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.
"İnformator.az" xəbər verir ki, bu barədə “Haber Qlobal” məlumat yayıb.
Görüş Braziliyada keçirilən BRİKS sammiti çərçivəsində baş tutub. Nazirlər ikitərəfli iqtisadi və siyasi məsələləri, eləcə də Yaxın Şər və Qəzzadakı vəziyyəti müzakirə ediblər.