Rövşən Nəcəf Pakistan Futbol Federasiyasının prezidenti ilə görüşüb

Tarix: 21:13 07.07.2025
AFFA prezidenti Rövşən Nəcəflə Pakistan Futbol Federasiyasının (PFF) prezidenti Sayed Mohsen Gilani arasında görüş keçirilib.
"İnformator.az" "Teleqraf"a istinadən milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, görüş zamanı AFFA və PFF arasında qarşılıqlı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
Tərəflər bu əməkdaşlığın gələcəkdə hər iki ölkədə futbolun inkişafına fayda verəcəyinə əminliklərini ifadə ediblər.