Makron yenidən namizəd ola bilər

Bölmə: Dünya › ,
Tarix: 21:33 07.07.2025

Fransa Prezidenti Emmanuel Makron növbəti prezident seçkilərində iştirak edə bilər.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə danışan Makron Konstitusiyanın icazə verdiyi zaman yenidən prezidentliyə namizədliyini irəli sürmək imkanını istisna etməyib.


O, ölkə siyasətinə təsirini saxlamaq niyyətində olduğunu açıqlayıb.

 

Qeyd edək ki, Fransa konstitusiyasına görə, Makron 2027-ci ildə ardıcıl üçüncü müddətə namizəd ola bilməz. Bununla belə, məhdudiyyət yalnız ardıcıl mandatlara şamil edilir və onun 2032-ci ildə, yəni 54 yaşı tamam olanda prezidentliyə namizəd olmasına imkan yaranır.