1231-ci gün: Rusiyanın itkiləri yenilənib

Bölmə: Dünya › ,
Tarix: 10:08 08.07.2025

Ukrayna müharibənin 1231-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

 

Məlumata əsasən, Rusiya indiyə qədər 1 028 610 hərbçi, 10 995 ədəd tank, 22 967 ədəd zirehli döyüş maşını, 30 034 ədəd artilleriya sistemi, 1 434 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 192 hava hücumundan müdafiə sistemi, 421 ədəd hərbi təyyarə, 340 ədəd helikopter, 54 456 ədəd avtomobil texnikası, 44 230 ədəd PUA, 3 439 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 927 xüsusi avadanlıq itirib.