Milli Məclisin iclası başlayıb

Tarix: 11:01 08.07.2025
Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində növbəti iclası başlayıb.
"İnformator.az" APA-ya istinadən xəbər verir ki, iclasın gündəliyinə 15 məsələ daxil edilib.
Gündəlikdəki “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” və “Qaz təchizatı haqqında” qanun layihələri üçüncü oxunuşda, yeni hazırlanmış “Xüsusi icra məmurları haqqında” qanun layihəsi isə ikinci oxunuşda müzakirə olunacaq.