BMT-nin Fələstin üzrə konfransı 28-30 iyulda keçiriləcək

Bölmə: Dünya › ,
Tarix: 09:06 12.07.2025

BMT-nin Yaxın Şərq üzrə yüksək səviyyəli beynəlxalq konfransı iyulun 28-dən 30-dək təşkilatın Nyu-Yorkda yerləşən mənzil-qərargahında keçiriləcək.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Baş Assambleyanın 79-cu sessiyası sədrinin rəsmi nümayəndəsi Şeron Birç bildirib.


“Tədbir İsrail və İran arasında münaqişə səbəbindən təxirə salınıb. Konfrans 28-30 iyul tarixlərində keçiriləcək”, - o deyib.