Qərb hesab edir ki, Tramp Zelenskini sülhə gedən yolda əsas maneə kimi görür

Tarix: 09:35 12.07.2025
Ukraynanın Qərb müttəfiqləri hesab edirlər ki, ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putini danışıqlar tərəfdaşı kimi görməyə meyillidir, Ukrayna lideri Volodimir Zelenskini isə sülhə gedən yolda əsas maneə hesab edir.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən yazıb.
“Trampın danışıq tonundakı dəyişiklik səbəbindən kiçik həyəcan müşahidə olunur, lakin bunun ciddi addımlara çevrilməsini görmürük”, - rəsmilərdən biri qəzetə bildirib.