İspaniyada miqrantlar təqaüdçüyə hücum edib, iğtişaşlar başlayıb

Bölmə: Dünya › ,
Tarix: 18:17 13.07.2025

İspaniyanın Torre-Paçeko şəhərində polislə yerli sakinlər arasında qarşıdurma yaşanıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.


Kütləvi iğtişaşlar nəticəsində azı beş nəfər xəsarət alıb.

 

Etirazlara səbəb bir qrup mərakeşli tərəfindən küçədə 68 yaşlı təqaüdçüyə hücum etməsi olub.