Ermənistanın Baş naziri: Azərbaycan Prezidenti ilə Əbu-Dabidəki görüş müsbət nəticələr verə bilər

Tarix: 17:09 16.07.2025
Azərbaycan Prezidenti İlham Əliyevlə Əbu-Dabidəki görüş müsbət məcrada keçib.
"İnformator.az" KİV-ə istinadən məlumatına görə, bunu mətbuat konfransında Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
"Əbu-Dabi tərəflərin görüş və danışıqlar barədə əvvəlcədən razılığa gəldikləri ilk görüş oldu", - o bildirib. N.Paşinyan qeyd edib ki, Azərbaycan Prezidenti ilə söhbətin müsbət nəticələri ola bilər, lakin o, hələlik hansı nəticələr olduğunu açıqlamayacaq: "Müzakirə çox faydalı oldu, ümid edirəm ki, biz bu formatda söhbəti davam etdirəcəyik".