İsrail Dəməşqdə prezident sarayı və Müdafiə Nazirliyinin binasına zərbə endirib

Bölmə: Dünya › ,
Tarix: 17:10 16.07.2025

İsrail Hərbi Hava Qüvvələri Dəməşqdə prezident sarayı və Müdafiə Nazirliyinin binasına zərbələr endirib.

 

“İnformator.az" ın məlumatına görə, bu barədə Suriya KİV-i yazır.

 

Çoxlu sayda yaralının olduğu bildirilir, lakin dəqiq rəqəm açıqlanmır. İsrail mediası qeyd edir ki, İsrail Müdafiə Qüvvələri Suriya ilə bir neçə günlük döyüş əməliyyatlarına hazırlaşır. Məlumata görə, ordu Qolan təpələri bölgəsinə əlavə qüvvələr cəlb edir.