1239-cu gün: Rusiyanın itkiləri yenilənib

Bölmə: Dünya › ,
Tarix: 17:13 16.07.2025

Ukrayna müharibənin 1239-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

 

Məlumata əsasən, Rusiya indiyə qədər 1 037 460 hərbçi, 11 025 ədəd tank, 22995 ədəd zirehli döyüş maşını, 30 395 ədəd artilleriya sistemi, 1 440 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1196 hava hücumundan müdafiə sistemi, 421 ədəd hərbi təyyarə, 340 ədəd helikopter, 55 229 ədəd avtomobil texnikası, 46 164 ədəd PUA, 3 491 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 927 xüsusi avadanlıq itirib.