Tramp administrasiyası İsraildən Suriyaya hava zərbələrini dayandırmağı istəyib

Bölmə: Dünya › ,
Tarix: 19:43 16.07.2025

ABŞ prezidenti Donald Trampın administrasiyası İsrail hökumətinə Suriya ərazisinə endirilən zərbələri dayandırmaq çağırışı edib. Bu barədə N12 telekanalı məlumatlı mənbələrə istinadla xəbər yayıb.

 

Telekanalın məlumatında bildirilir: 

 

"Tramp administrasiyası İsraildən Suriyadakı hücumları dayandırmağı xahiş edib".

 

Məlumata görə, yüksək rütbəli amerikalı məmur kanala verdiyi açıqlamada qeyd edib ki, Vaşinqton bölgədə artan gərginlikdən narahatdır və regional sabitliyi təmin etmək üçün bütün tərəfləri dialoqa çağırır.

 

Mənbə: Caliber 

Aytən Ağazadə