Fransa Suriyadakı toqquşmaların dayandırılması üçün çağırış edib

Tarix: 20:26 16.07.2025
Fransa Xarici İşlər Nazirliyi Suriyanın Süveyda vilayətində baş verən toqquşmaların dayandırılması üçün çağırış edib. Nazirliyin yaydığı yazılı açıqlamada Suriyanın cənubunda yerləşən Süveydada baş verən ciddi hadisələrdən narahatlıq ifadə olunub.
Açıqlamada bildirilib ki, Süveydada baş verən toqquşmalar dərhal dayandırılmalı, bütün tərəflər sakitliyi təmin etmək, mülki əhalinin təhlükəsizliyini qorumaq və xüsusilə də Süveydada yaşayan druzlar ilə digər yerli əhali qrupları arasında barışı təşviq etmək üçün əlindən gələni etməlidir.
“Qəti şəkildə qınadığımız mülki şəxslərə qarşı zülm dərhal dayandırılmalıdır”, – deyə qeyd olunan açıqlamada, Suriya Müdafiə naziri general-mayor Murhaf Əbu Kasranın dünən bölgədə elan etdiyi atəşkəsə bütün tərəflərin riayət etməli olduğu vurğulanıb.
Fransa, Suriyadakı mövcud hakimiyyət orqanlarının və Süveyda vilayəti nümayəndələrinin dialoqu bərpa etmək istiqamətində göstərdikləri səyləri dəstəklədiyini bildirib.
Açıqlamada həmçinin Paris hökumətinin Suriyanın birliyi, sabitliyi və suverenliyinin, eləcə də bütün suriyalıların təhlükəsizliyini təmin edəcək davamlı bir razılaşma tərəfdarı olduğu qeyd edilib.
Haber Global
Nuray Əliyeva