Erməni kilsəsi Paşinyana qarşı qisas çağırışı edir

Bölmə: Dünya › ,
Tarix: 20:17 18.07.2025

ABŞ-nin Kaliforniya ştatının Qlendeyl şəhərində keçirilən aksiya zamanı bir keşiş Paşinyanın başının "kəsilməli" olduğunu bildirib və bu çağırışı iştirakçılar alqışlarla qarşılayıb. Bu, Ermənistan hakimiyyətinə qarşı nifrətə kilsənin necə təşviq etdiyini göstərən nümunələrdən biridir.

 

Bəzi analitiklərə görə, Paşinyan oliqarxlar, daşnaklar və ruhani çevrələri neytrallaşdırmaqla erməni radikalizmini maskasız qalmağa məcbur edir. Erməni Apostol Kilsəsi (EAK) isə güc və nüfuzunu itirmək qorxusuyla diaspor və digər vasitələrlə hökumətə qarşı təzyiq göstərməyə çalışır.

 

Paşinyan isə bu təhlükənin miqyasını anlayaraq sərt addımlar atmağa hazır olduğunu bildirib. O, katolikosun iqamətgahını Serj Sarkisyanın hakimiyyətindən azad etdiyi kimi azad edəcəyini deyib.

 

Gürcü politoloq Georgi Qogua qeyd edir ki, bu artıq sadə bir qarşıdurma deyil, siyasi xarakter daşıyır. Onun fikrincə, Paşinyan Rusiya izlərini EAK-dan silməyə çalışır. Lavrovun bu məsələyə müdaxiləsi isə Rusiyanın ideoloji təsirini qorumağa çalışdığını göstərir. Qogua qeyd edir ki, Gürcüstanda da kilsə rəhbərliyinin Rusiyaya sədaqəti ilə bağlı suallar var.

 

Tacik politoloq Eraj Alimov isə qeyd edir ki, erməni ruhanilərinin aqressiv çıxışları artıq adi hal alıb və bu çıxışlar daha çox radikal sektanı xatırladır. Alimova görə, EAK Rusiya xüsusi xidmət orqanları ilə birgə çevriliş cəhdində iştirak edib və katolikosun səlahiyyətlərinin artırılması qarşılığında ona vədlər verilib.

 

Alimovun fikrincə, Paşinyanın fiziki olaraq aradan qaldırılmasına çağırış EAK-nın bütün güclərini səfərbər etdiyini və ölüm-dirim savaşına hazırlaşdığını göstərir.

 

Caliber

Billurə Quliyeva