Trampın tarif strategiyası

Tarix: 20:20 18.07.2025
Türk-Alman Universitetindən Prof. Dr. Elif Nuroğlunun fikrincə, ABŞ Prezidenti Donald Trampın gömrük tariflərini əvvəlcə elan edib, sonra təxirə salması və ardınca sərt mövqe nümayiş etdirməsi bu prosesi təkcə ticarət siyasəti deyil, həm də danışıqlar strategiyasına çevirir.
Trampın ikinci dəfə hakimiyyətə qayıtması ilə ABŞ-nin yeni tarif planı genişmiqyaslı təsir göstərir. 1 avqustdan qüvvəyə minməsi gözlənilən tariflər çərçivəsində:
Polad və alüminiuma 50%,
Avtomobil məhsullarına 25%,
Digər məhsullara 10%,
Aİ üçün isə əlavə 30% vergi nəzərdə tutulur.
Aİ buna cavab olaraq 21 milyard avroluq misillemə paketi hazırlayıb, ikinci bir siyahı üzərində işləyir. Kanada, Braziliya, Türkiyə, Yaponiya, Koreya, BRİKS və bir çox digər ölkələr də tariflərdən təsirlənəcək.
Rəsmi olaraq 1 avqust “son tarix” göstərilsə də, Trampın keçmişdəki addımları yeni bir təxirə salınmanı istisna etmir. ABŞ Ticarət Nümayəndəliyi isə artıq gecikmənin olmayacağını bəyan edib.
Yeni tariflər qlobal qiymət artımına, inflyasiyaya və bazarların qeyri-sabitliyinə səbəb ola bilər. Ölkələr isə bu oyunda daha az asılı və daha dayanıqlı olmaq üçün alternativlər axtarmağa məcbur qalırlar.
Anadolu Agentliyi
Billurə Quliyeva