Azərbaycanda kərə yağı ehtiyatı 3 dəfə artıb

Tarix: 16:24 19.07.2025
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 13 min 269,6 ton kərə yağı istehsal edilib.
“İnformator.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-ci ilin eyni dövrü ilə müqayisədə 4,3 % azdır.
İyulun 1-nə ölkədə 153,2 ton kərə yağı ehtiyatı yaranıb. Bu da, illik müqayisədə 3,1 dəfə çoxdur. Xatırladaq ki, 6 ayda Azərbaycanda 2 milyard 628,5 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 12 % çoxdur.