Şaradan ABŞ-a təşəkkür: Suriya separatçı layihələr üçün...

Tarix: 16:26 19.07.2025
Suriya separatçı layihələr üçün meydan deyil.
"İnformator.az" "Axar.az" a istinadən xəbər verir ki, bunu Suriya Prezidenti Əhməd əş-Şara Süveydə əyalətindəki vəziyyətlə bağlı bəyanatında bildirib.
O qeyd edib ki, bütün druz icmasını ayrı-ayrı şəxslərin hərəkətlərinə görə mühakimə etmək olmaz: “Süveydə sakinlərinin əksəriyyətinin dövləti dəstəkləyir, etiraz edən kiçik bir qrupdur”. Şara Suriyanın ərazi bütövlüyünə dəstəyinə görə ABŞ-a təşəkkür edərək bildirib: ”Suriya separatçı layihələr üçün meydan deyil”.