İsrail ordusu Qəzzada 90 hədəfi vurub

Bölmə: Dünya › ,
Tarix: 16:36 19.07.2025

İsrail Müdafiə Ordusu (ÇAXAL) son sutka ərzində Qəzza zolağında radikal qruplaşmalara məxsus 90 hərbi hədəfi bombalayıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə məlumatı ordunun mətbuat xidməti yayıb.

 

Bildirilib ki, hücum edilən obyektlər sırasında hərbi qurğular, terrorçular tərəfindən istifadə olunan binalar və yeraltı obyektlər yer alıb.