Vyetnamda gəmi qəzaya uğrayıb-Ən azı 34 nəfər ölüb

Bölmə: Dünya › ,
Tarix: 22:30 19.07.2025

Vyetnamda Halonq körfəzində turist gəmisi qəzaya uğrayıb.


"İnformator.az" xəbər verir ki, bu barədə “VnExpress” portal məlumat yayıb.

 

Qəza nəticəsində 18 turist ölüb, 12-si isə xilas edilib.

 

Qeyd olunub ki, turist gəmisi Cənubi Halonq körfəzində əlverişsiz hava şəraiti səbəbindən batıb.

 

***

 

Gəminin əlverişsiz hava şəraiti nəticəsində çevrilməsi nəticəsində ən azı 34 nəfər həlak olub.

 

Vyetnam donanması hadisə yerinə üç gəmi, iki qayıq və 30 xilasedici göndərib.


Daha öncə gəmidə 53 nəfər olub.