Suriyaya hücumdan xəbəri yox idi

Bölmə: Dünya › ,
Tarix: 15:20 22.07.2025

Ağ Evin sözçüsü Karoline Leavitt bildirib ki, ABŞ Prezidenti Donald Tramp İsrailin Suriyanı bombalamasından xəbərsiz olub. Sözçü qeyd edib ki, Tramp hücumdan xəbər tutmayıb və bu hadisə onu hazırlıqsız yaxalayıb.

 

ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi və Ankaradakı səfiri Tom Barrak da diqqətçəkən açıqlama verib. Barrak İsrailin Suriyaya qarşı hücumları ilə bağlı tarixi etiraf edib. O bildirib ki, İsrail Suriyada güclü və mərkəzləşdirilmiş hökumət istəmir, parçalanmış və bölünmüş bir Suriyanı üstün tutub.

 

Suriyanın Süveyda vilayətində 13 iyul tarixində bədəvi ərəblərlə bəzi druz qrupları arasında silahlı toqquşmalar başlayıb. Müdaxilə edən Suriya təhlükəsizlik qüvvələri isə pusquya salınıb.

 

İsrail ordusu Süveydadakı qarşıdurmaları bəhanə edərək 16 iyulda Suriya Prezident Administrasiyası, Baş Qərargah və Müdafiə Nazirliyini bombalayıb.

 

Haberler.com

Aygün Babayeva