ABŞ Zəngəzur dəhlizinin mürəkkəbliyini nəzərə almır-Ekspert

Bölmə: Dünya › ,
Tarix: 22:22 23.07.2025

Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan nəqliyyat dəhlizinin ABŞ-nin idarəçiliyinə verilməsi planı “çoxsaylı regional mürəkkəblikləri” nəzərə almır və regiondakı bütün oyunçularla intensiv danışıqlar tələb edir.


"İnformator.az" xəbər verir ki, bu fikri siyasi ekspert Eldar Məmmədov ABŞ-nin “Responsible Statecraft” portalında dərc olunmuş məqaləsində ifadə edib.

 

"ABŞ-nin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında sülhün əldə olunması prinsip etibarilə alqışlansa da, hazırkı təklif çoxsaylı regional mürəkkəblikləri nəzərə almır", - məqalənin müəllifi yazır.

 

"Ən yaxşı halda bu, İran və Rusiya da daxil olmaqla bütün regional oyunçularla intensiv danışıqlar tələb edən qaralama variantıdır. Ən pis halda isə - bu, Trampın Nobel Sülh mükafatını almaq istəyi ilə getdiyi, başlıq effekti yaradan daha bir fəndidir", - ekspert qeyd edir.

 

O hesab edir ki, məntiqə görə, ABŞ-nin idarəçiliyi altında bütün tərəflər münaqişəni qidalandıran "köhnə baxışlardan" kənara çıxaraq bu marşrutdan istifadə edə bilər.


Eldar Məmmədov fikrincə, həm Ermənistan, həm də Azərbaycan ABŞ-nin bu dəhlizdə iştirakına daha həssas yanaşa bilərlər.