Rusiya-Ukrayna danışıqları başa çatıb

Tarix: 22:40 23.07.2025
İstanbulda Türkiyə-Rusiya-Ukrayna üçtərəfli görüşü keçirilir.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, Çırağanda keçirilən üçtərəfli görüşdən sonra Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə ikitərəfli görüşün keçiriləcəyi gözlənilir.
***
Çırağanda üçtərəfli görüş başa çatıb.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Üçtərəfli görüşdən sonra Rusiya və Ukrayna nümayəndə heyətləri arasında ikitərəfli görüş başlayıb.
***
Rusiya və Ukrayna nümayəndə heyətlərinin rəhbərləri Vladimir Medinski və Rüstəm Umerov arasında təkbətək görüş keçirilib.
Bu barədə "RT" məlumat yayıb.
***
İstanbulda Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu başa çatıb.
Bu barədə “TRT Haber” məlumat verib.
Danışıqlar 40 dəqiqə davam edib.