Kredit kartı faizləri endirilib!

Bölmə: Dünya › ,
Tarix: 14:59 25.07.2025

Siyasət faizini aşağı salan Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı kredit kartı faizlərini də aşağı salıb. Bu dəyişikliklə yeni faiz dərəcələri avqustun 1-dən qüvvəyə minəcək

 

Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) tərəfindən hazırlanan "Kredit Kartı Əməliyyatlarına Tətbiq ediləcək Maksimum Faiz Dərəcələrinə dair Təbliğat"da dəyişiklik edilməsi haqqında Bəyannamə Rəsmi Qəzetdə dərc olunub. Kommunikeyə əsasən, cari balansı 25 min lirədən az olan fərdi kartlar üçün hazırda 3,5 faizlə tətbiq edilən müqavilə üzrə kredit kartının maksimal faiz dərəcəsi dəyişməz olaraq qalır. Bütün digər dərəcələr 25 baza bəndi azaldılıb. 

 

Mənbə: A Haber

Çimnaz Telmanqızı