"Fenerbahçe"də yeni mövsüm hazırlıqları

Bölmə: İdman › ,
Tarix: 17:57 25.07.2025

Yeni mövsüm hazırlıqlarını Portuqaliyada davam etdirən "Fenerbahçe" günün yeganə məşqini səhər saatlarında keçirib.

 

Baş məşqçi Jose Mourinhonun rəhbərliyi ilə keçirilən məşq isinmə, çeviklik və koordinasiya hərəkətləri ilə başlayıb. Pas çalışmaları ilə davam edən məşq, taktiki və fərdi tapşırıqlarla tamamlanıb. "Sarı-lacivərdli"lər hazırlıqlarını sabah keçiriləcək məşqlə davam etdirəcək.

 

2025-2026 mövsümünün hazırlıqlarını Portuqaliyada davam etdirən "Fenerbahçe" buradakı son yoxlama oyununu sabah TSİ ilə saat 22:00-da "Benfica" ilə Lissabonda keçirəcək. İlk yoxlama oyununda "Portimonense"ni 2-1, ikinci oyunda "Uniao de Leiria"nı 2-0, üçüncü oyunda isə "Al-Ittihad"ı 4-0 məğlub edən "Fenerbahçe" güclü rəqibi "Benfica"nı da məğlub edərək 4 oyunda 4 qələbə qazanmağı hədəfləyir.

 

Mənbə:TRT Haber

Nigar Həsənzadə