Tramp Aİ ilə ticarət razılaşmasına şübhə ilə yanaşır

Tarix: 20:38 25.07.2025
ABŞ Prezidenti Donald Tramp cümə günü Avropa İttifaqı (Aİ) ilə ticarət razılaşması əldə olunması şansının "yarı-yarıya, bəlkə də daha az" olduğunu bildirib. O, bununla yanaşı vurğulayıb ki, Brüssel razılaşma əldə etməkdə maraqlıdır.
Tramp bu fikirləri Şotlandiyaya səfər etməzdən əvvəl Ağ Evdə jurnalistlərlə söhbətində səsləndirib. Onun sözlərinə görə, Aİ “çox ciddi şəkildə çalışır” və o, ehtiyatlı şəkildə optimist olduğunu bildirib: “Hesab edirəm ki, Aİ-nin indi razılaşma əldə etmək üçün kifayət qədər yaxşı şansı var".
Avropa Komissiyası da cümə axşamı oxşar fikir bildirib. Komissiya qeyd edib ki, ABŞ-lə razılaşdırılmış bir həll mümkündür. Bununla belə, Aİ danışıqların uğursuzluqla nəticələnəcəyi təqdirdə ABŞ-dən idxal olunan 109 milyard dollar dəyərində məhsullara qarşı cavab tariflərini təsdiqləyib. İttifaq Trampın 1 avqustdan tətbiq etməyi hədələdiyi 30%-lik idxal tariflərinin qarşısını almağa çalışır.
Tramp isə Aİ-nin təklif edilən tarif dərəcəsini “aşağı salmalı” olacağını deyib, lakin konkret detalları açıqlamayıb.
Aİ diplomatları mümkün razılaşmanın 15%-lik əsas tarif və Avropa istehsalı olan polad və alüminiuma qarşı 50%-lik əlavə tarifləri əhatə edə biləcəyini ehtimal etsələr də, Ağ Ev bu ehtimalları "spekulyasiya" kimi qiymətləndirib.
Yaponiyadan fərqli olaraq, hansı ki ABŞ-lə ticarət razılaşmasının bir hissəsi kimi investisiya öhdəlikləri götürmüşdü, Aİ-dən bu cür addımlar gözlənilmir.
ANEWZ
Gülhüseynova Güllər