50 gün Rusiya üçün şansdır

Bölmə: Dünya › ,
Tarix: 22:06 25.07.2025

ABŞ Prezidenti Donald Tramp Rusiyaya atəşkəslə razılaşmaq üçün 50 gün vaxt verib. Ukraynanın keçmiş xarici işlər naziri Vladimir Oqrızko bildirib ki, bu müddətdə Ukrayna kifayət qədər güc və vasitə toplayaraq vəziyyəti dəyişə bilər. O, həmçinin Rusiyanın iqtisadi vəziyyətinin pisləşdiyini və yeni sanksiyaların Moskvanın imkanlarını ləngidəcəyini vurğulayıb.

 

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a açıqlamasında bildirir ki, Donald Trampın Vladimir Putinlə ayın əvvəli keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Rusiyaya 50 gün vaxt tanıyıb və bu açıqlama NATO baş katibi ilə görüşdən sonra verilib:

 

“Həmin görüşdə də razılaşdırılıb ki, Ukrayna hava hücumundan müdafiə sistemlərinin verilməsi, o cümlədən metro sistemlərinin böyüməsi ilə bağlı məsələ həllini tapıb. 50 gün məsələsinə isə Donald Tramp əslində burada Rusiyaya kifayət qədər güzəşt edib. Belə ki, ilin əvvəlindən Rusiya, Ukrayna, arasında başlanan dialoq ciddi bir nəticəyə gətirib çıxarmayıb və Rusiya Amerikaya güzəşt kimi qəbul edərək öz mövqeyini sərtləşdirib və hansısa bir güzəştə getməyib, xüsusilə də Trampın istəyinə zidd olaraq Ukraynada atəşkəsə əməl edilməyib. Bəs bu, Trampı xeyli dərəcədə məyus edib? O baxımdan Rusiyaya qarşı müəyyən addımların atılması ilə bağlı artıq qərarların verilmə mərhələsinə başlanıb. 50 gün Rusiya üçün yeni bir şansdır və bu müddət ərzində Rusiya savaşı dayandırmasa, ondan sonra Amerika Birləşmiş Ştatları vasitəsilə əlavə addımlar atılacaq. Belə ki, həm Ukrayna hava hücumundan müdafiə sistemlərinin verilməsi məsələsində proses intensivləşəcək, Amerika Birləşmiş Ştatları bunu Avropa və NATO ölkələrinin vəsaitləri ilə həll edir, yəni həm öz siyasətini həyata keçirir, həm də kommersiya biznes maraqlarını güdür və bundan əlavə, Amerika senatında Rusiyaya qarşı sərt sanksiyaların tətbiq olunması ilə bağlı qərar qəbul olunmasına start verilə bilər. O baxımdan 50 günlük məsələnin əsas səbəbi budur. Rusiyanın münasibətinə gəldikdə isə Rusiyanın buna münasibətinin necə olacağı gözlənilir".

 

Ayşən Səlimova