Von der Leyen bazar günü Donald Trampla görüşəcək

Tarix: 22:24 25.07.2025
Aİ Komissiyasının sədri Ursula Fon Der Leyen bazar günü Şotlandiyada ABŞ prezidenti Donald Trampla görüşəcəyini və "transatlantik ticarət əlaqələrini müzakirə edəcəyini" söyləyib.
Avropa İttifaqı Komissiyasının sədri Ursula Fon Der Leyen bazar günü ABŞ prezidenti Donald Trampla Şotlandiyada görüşəcəyini bildirib. Görüşü elan etdiyi X-də yazdığı yazıda Von Der Leyen əlavə edib ki, onlar "transatlantik ticarət əlaqələrini və onları necə güclü saxlaya biləcəyimizi müzakirə edəcəklər". ABŞ prezidenti beş günlük səfərdə Şotlandiyaya gəlir və bu səfər zamanı sahib olduğu iki qolf meydançasına baş çəkməyi planlaşdırır. Ağ Ev daha əvvəl bildirilib ki, Tramp səfəri zamanı Böyük Britaniyanın baş naziri Keir Starmer ilə də görüşəcək.
Euronews
Ayşən Səlimova