Putin vətəndaşlıqdan məhrumetmə ilə bağlı qanunu imzalayıb

Bölmə: Dünya › ,
Tarix: 23:57 31.07.2025

Rusiya Prezidenti Vladimir Putin vətəndaşlıqdan məhrumetmə əsaslarını genişləndirən qanunu imzalayıb.


"İnformator.az" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.


Qanuna əsasən, siyahıya 72 cinayət növü, o cümlədən qətl, terrorizm və xarici dövlətlərlə Rusiyanın təhlükəsizliyinə qarşı əməkdaşlıq daxildir.