Bakının bu kəndi işıqsız qalıb

Bölmə: Sosial › ,
Tarix: 10:47 07.08.2025

Bakının Xəzər rayonunun Zirə kəndinin bəzi hissələrində elektrik enerjisinin verilişində fasilə yaranıb.

 

Bu barədə "İnformator.az" Azərişıq ASC-yə istinadən məlumat verir.

 

Bildirilib ki, Zirə Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 35 kV-luq hava xəttində avqustun 7-də təmir-bərpa işləri aparılacaq.

 

Bununla əlaqədar olaraq saat 12:00-dək Zirə kəndinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

 

İşlər yekunlaşdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.