Biz Ukrayna müharibəsini maliyyələşdirməkdən yorulmuşuq

Bölmə: Dünya › ,
Tarix: 17:48 11.08.2025

 


ABŞ-nin vitse-prezidenti J.D.Vence,Ukraynanın Rusiya ilə müharibəsində maliyyələşdirməni dayandırmaq istədiklərini və bölgədə sülh istədiklərini bildirib.Vance Fox News-da Rusiya-Ukrayna müharibəsinə müraciət edərək:
"Ukrayna müharibəsini maliyyələşdirməkdən yorulmuşuq. Biz bunun sülh yolu ilə həllini tapmaq istəyirik",-deyib.


Vance, Amerika xalqının da vergi dollarlarının bu müharibəyə getməsindən bezdiyini və Avropa ölkələrinin addım atmalı və üzərinə düşəni etməli olduğunu bildirdi. O, İngiltərəyə səfəri zamanı bu məsələni qaldırdıqlarını izah edib.
"Avropalılara dediklərimiz sadə idi: Əvvəla, bu müharibə sizin arxa qapınızın arxasında baş verir. Siz irəli addım atmalı və daha böyük addımlar atmalısınız. Əgər bu münaqişə ilə bu qədər maraqlanırsınızsa, onu daha birbaşa maliyyələşdirməyə hazır olmalısınız",-deyib.


TRT Haber
Xədicə Məhərrəmli