"Çelsi"nin hücumçusu İngiltərənin başqa klubuna keçə bilər

Bölmə: İdman › ,
Tarix: 18:58 11.08.2025

"Çelsi"nin futbolçusu Nikolas Cekson İngiltərənin başqa klubuna keçə bilər.


"İnformator.az"  "Football Insider" nəşrinə istinadən xəbər verir ki, "Nyukasl" 23 yaşlı hücumçunun transferində maraqlıdır.

 

24 yaşlı seneqallı forvard London təmsilçisindən ayrılmaq niyyətindədir. Baş məşqçi Entso Mareska da buna etiraz etmir.


Qeyd edək ki, Nikolas Cekson ötən mövsüm bütün turnirlərdə "Çelsi" forması ilə 37 matçda 13 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "zadəganlar"la müqaviləsinin müddəti 2033-cü ilin yayınadək qüvvədədir.