Azərbaycan Taekvondo Federasiyasında yeni təyinat olub

Bölmə: İdman › ,
Tarix: 18:59 11.08.2025

Azərbaycan Taekvondo Federasiyasında (ATF) yeni təyinat olub.


ATF-dən "İnformator.az"a verilən məlumata görə, Aygül Abdullayeva qurumun baş katibi vəzifəsinə təyin edilib.

 

O, bundan əvvəl ATF-də Hakimlər Komitəsinin sədr müavini vəzifəsində çalışıb.