BMT-nin ciddi islahatlara ehtiyacı var-Ərdoğan

Bölmə: Siyasət › ,
Tarix: 19:01 11.08.2025

BMT-nin ciddi islahatlara ehtiyacı var.


"İnformator.az" "Habertürk"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin təsis olnumasının 80-ci ildönümü ilə bağlı keçirilən tədbirə videomüraciətində deyib.

 

O bildirib ki, BMT-nin öz öhdəliklərini yerinə yetirməyə davam etməsi üçün ciddi islahatlar labüddür: "Beynəlxalq sülhün, rifahın, qarşılıqlı etimadın və həmrəyliyin yenidən bərqərar olması üçün BMT-nin güclənməsinin vacibdir. BMT-nin beynəlxalq ədaləti təmsil edəcək quruma çevrilməsini təmin etmək hər kəsin borcudur".


Ərdoğan əlavə edib ki, Türkiyə BMT-nin effektivliyinin artırılmasında fəal rol oynayacaq.